Məxfilik siyasəti
Son yenilənmə: 16 noyabr 2026
Digipro Media Azərbaycan MMC (“biz”) digipro.az saytını və müştərilərimizin sosial media hesablarını idarə etmək üçün istifadə olunan Digipro Panel sistemini idarə edir. Bu siyasət hansı məlumatları topladığımızı və onlardan necə istifadə etdiyimizi izah edir.
Hansı məlumatları toplayırıq
- Sosial şəbəkə hesabı (Facebook, Instagram, TikTok) panelə qoşulduqda: hesab adı, profil şəkli, hesab ID-si və platformanın rəsmi icazə səhifəsi vasitəsilə verilən giriş açarı (access token).
- Paneldə hazırlanan paylaşımların mətni, şəkilləri və videoları.
- WhatsApp Business nömrəsi panelə qoşulduqda: nömrəyə yazan müştərilərin telefon nömrəsi, WhatsApp profil adı, yazışmaların mətni və faylları, mesajların çatdırılma statusları, reklamdan gəlibsə Meta-nın verdiyi reklam məlumatı.
- Reklam formalarından (Meta Lead Ads, Google Sheet) gələn müraciətlərdə müştərinin özünün daxil etdiyi məlumatlar (ad, telefon və s.).
- Saytdakı əlaqə formasında yazdığınız ad, telefon, e-poçt və mesaj.
- Sosial şəbəkə hesablarının şifrələrini heç vaxt soruşmuruq və saxlamırıq.
Məlumatlardan necə istifadə edirik
- Yalnız müştərinin icazə verdiyi hesablarda, onun tapşırığı ilə paylaşım etmək və paylaşımları planlaşdırmaq üçün.
- Müştəri şirkətinin satış komandasının müraciətlərə və WhatsApp mesajlarına cavab verməsi, onları qeydə alması üçün.
- Əlaqə formasında yazdıqlarınızla sizinlə əlaqə saxlamaq üçün.
- Məlumatları satmırıq və reklam məqsədilə üçüncü şəxslərə vermirik.
Saxlama və təhlükəsizlik
Giriş açarları serverimizdə şifrələnmiş şəkildə saxlanılır. Hər şirkətin məlumatları ayrıca saxlanılır və yalnız səlahiyyəti olan əməkdaşlara görünür. Hesab paneldən ayrıldıqda və ya xidmət müqaviləsi bitdikdə müvafiq açarlar silinir.
Sizin hüquqlarınız
İstənilən vaxt hesabınızı paneldən ayıra, həmçinin Facebook, Instagram, WhatsApp və ya TikTok ayarlarından tətbiqin icazəsini ləğv edə bilərsiniz. Məlumatlarınızın silinməsini tələb etmək üçün bizə yazın.
Əlaqə: Digipro Media Azərbaycan MMC, Bakı, Azərbaycan — e-poçt: digipro.az@gmail.com
