AI SMM xidməti — sosial medianız süni intellektlə
Biznesinizi bir neçə sualla tanıdın — süni intellekt brendinizi öyrənsin, aylıq kontent planınızı, post dizaynlarınızı və animasiya videolarınızı hazırlasın. Hər paylaşımı əvvəlcə siz təsdiqləyirsiniz.
- 1Anketi doldurunŞirkət, loqo, fəaliyyət, auditoriya və bəyəndiyiniz post/video üslubu — 10 dəqiqə.
- 2Paketi seçin və ödənişAylıq post və video sayını seçin. Komandamız ödəniş üçün sizinlə əlaqə saxlayır.
- 3AI aylıq planı hazırlayırÖdənişdən sonra AI brendinizə uyğun aylıq təqvim, postlar və videolar yaradır.
- 4Siz təsdiqləyirsinizHər paylaşımı görür, dəyişiklik istəyir və ya təsdiqləyirsiniz — sonra planlı paylaşılır.
Tez-tez verilən suallar
AI dizaynları real dizaynerin işindən necə fərqlənir?
AI brendinizin rəngləri, loqosu və üslubu ilə işləyir; loqo, qiymət və əlaqə məlumatları dəqiq yerləşdirilir. Hər işi komandamız da yoxlayır və siz təsdiqləmədən heç nə paylaşılmır.
Video üçün çəkiliş lazımdırmı?
Xeyr. Videolar məhsul şəkilləriniz və mətnlər əsasında animasiya və AI ilə hazırlanır — real çəkiliş tələb olunmur.
Ödəniş necə edilir?
Anketin sonunda əlaqə məlumatlarınızı göndərirsiniz, komandamız sizinlə əlaqə saxlayıb paketi və ödəniş qaydasını dəqiqləşdirir. AI hazırlığı ödənişdən sonra başlayır.
Məlumatlarım təhlükəsizdirmi?
Məlumatlarınız yalnız sizin kontentinizi hazırlamaq üçün istifadə olunur və başqa şirkətlərlə paylaşılmır. Sosial şəbəkə şifrənizi heç vaxt soruşmuruq.
